Previous Next

“Tarix fəlsəfəsi kontekstində İ.Kantın düşüncələri” adlı elmi-nəzəri seminar

23.04.2024-cü ildə ADPU Tarix və coğrafiya fakültəsi Fəlsəfə və Sosial elmlər kafedrasında görkəmli filosof İ.Kantın anadan olmasının 300 illiyinə həsr olunmuş “Tarix fəlsəfəsi kontekstində İ.Kantın düşüncələri” adlı elmi-nəzəri seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan kafedra müdiri, prof. Rafail Əhmədli İ.Kantın yaşadığı dövrü, mühiti və onun fəlsəfə tarixindəki yeri haqqında məlumat vermişdir. Sonra məruzəçilər dos. Elşən Bayramzadə İ.Kantın etik görüşləri, f.ü.f.d, b/m Paşa Quluzadə İ.Kantın tarix fəlsəfəsinə dair düşüncələri haqqında geniş məruzə ilə çıxış etdilər. Seminarın sonunda suallar əsasında geniş müzakirələr olmuşdur.

Search