09.05.2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsi ilə Ukraynanın V. Koralenko adına Poltava Milli Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsi ilə ilk onlayn görüşü keçirilmişdir. Zoom üzərindən keçirilən görüşdə Azərbaycan coğrafiyası kafedrasının müdiri dos.Oktay Alxasov və fakültənin dekan müavini b/m. Səmayə Həsənova, Coğrafiya və onun tədrisi metodikası, turizm kafedrasının müdiri dos.Anjela Şukanova, prof. Vişnikina Lyubov, dos. Fediy Oleksandr, Evqeniy Kopilets, Pavel Şukanov və Poltava Milli Pedaqoji Universitetinin tələbələri iştirak etmişlər. Görüş zamanı modertor dos. Fediy Oleksandr universitetlər arası əlaqələrin inkişafı üçün əməkdaşlığın vacibliyini vurğulamış, aşılış üçün sözü hər iki kafedranın müdirlərinə vermişdir. Daha sonra ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekan müavini S.Həsənova “Azərbaycan Şərq-Qərb dəhlizi ölkəsi kimi” mövzusunda mühazirə ilə çıxış etmişdir. Mühazirə tələbələr və professor-müəllim heyəti tərəfindən maraqla qarşılanmış, sonda tələbələrin və müəllimlərin sualları cavablandırılmışdır.