Previous Next

30 mart tarixində Beynəlxalq həftə çərçivəsində Kopenhagen Universitet Kolleci

30 mart tarixində Beynəlxalq həftə çərçivəsində Kopenhagen Universitet Kollecində (KP) Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin dekan müavini b/m. S.Həsənova və Azərbaycan coğrafiyası və CTT kafedrasının müdiri dos. O.Alxasov dərs müşahidələri aparmış, dərsin quruluşu, istifadə olunan tapşırıqlar, tələbələrin hazırladıqları əyani vəsaitlərlə tanış olmuşlar. Ditte Marie Pagaard və Peter Mikael Hansenlə dərs müzakirə olunmuş, suallar cavablandırılmışdır. "Dayanıqlı inkişaf", "Coğrafiya dərslərində çöl təcrübəsinin təşkili və həyata keçirilməsi" (Qobustan palçıq vulkanları nümunəsində) ilə bağlı KP və ADPU coğrafiyaçıları arasında təcrübələrin öyrənilməsi və tətbiq olunması müzakirə olunmuşdur. Daha sonra Peter Mikael Hansen ekskursiya zamanı "Medieval" Kopenhagen və müasir Kopenhagenin tarixi və coğrafiyası haqqında ətraflı məlumat vermişdir.

Search