Martın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə ADPU-nun Tarix-Coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının Baş Müəllimi Cəfər Xanəliyev çıxış edərək Azərbaycan tarixində, hətta dünya miqyasında misli görünməmiş bu cinayətləri kəskin tənqid edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında 31 Mart soyqırımının anılmasının əhəmiyyətinin vacibliyini vurğulayıb.