Ad, soyad, atasının adı :
- Mübariz Mirəziz oğlu Əmirov
Təvəllüd
- 15.03.1947
Əlaqə (Mail ( Yalnız korporativ ), Telefon ) :
- İş telefonu : 114 (daxili)
- Mail : Mubariz.Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Təhsil : Ali
- 1973-cü ildə V.İ.Lenin adına APİ-nin tarix fakültəsini bitirib
- 1985-ci ildə Tbilisi şəhərində “Hüquqi biliklərin verilməsi prosesində şagirdlərin müstəqil işlərinin səmərəli təşkili” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
- 2008-ci ildə Bakı şəhərində “Tarixin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması üzrə işin sistemi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Elmi dərəcəsi (Elmi adı) :
- Pedaqogika elmlər doktoru, professor
İş fəaliyyəti ( Vəzifə, işlədiyi yer ) :
- 1973-1974-cü illərdə Dəvəçi (indiki Şabran) rayonu Baş Əmirxanlı kəndində tarix müəllimi və axşam (növbəli) fəhlə-gənclər məktəbinin direktoru
- 1974-1975-ci illərdə Dəvəçi (indiki Şabran) rayonu Surra kənd məktəbində direktor müavini
- 1975-1978-ci illərdə Azərbaycan SSR Maarif Nazirliyinin, Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun əyani aspirantı
- 1978-1985-ci illərdə ETPEİ-də kiçik elmi işçi
- 1985-1999-cu illərdə ETAEİ-nun “Tarix və coğrafiyanın tədrisi metodikası” şöbəsinin müdiri.
- 1986-cı ildən hal-hazıra qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Türk, Şərqi Avropa və tarixin tədrisi metodikası” kafedrasının dosenti işləyir.
Tədris etdiyi fənlər:
- Tarixin tədrisi metodikası
- Tarix təlimində yeni texnologiyalarından istifadə
- Tar .dərs. şagird. siyasi mədəni. Formalaş
- Pedaqoji tədq. metod.
Seçilmiş əsərləri :
- Tarix, insan və cəmiyyət fənlərinin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması, ADPU-nun nəşriyyatı, Bakı, 1994-cü il, 125 səh.
- Tarixin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması üzrə işin sistemi, Mütərcim, Bakı, 2004-cü il.
- Azərbaycan Xalq Cümhuriyyəti mövzusunun öyrədilməsində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması. Türkiyə Respublikası, İstanbul, Egitim. Bilim jurnalı, 1999-cu il, № 5
- yüzdən çox nəşr edilmiş jurnalı əlaqələri, monoqrafiyaları, proqramları, dərslikləri, dərs vəsaitləri və metodik vəsaiti var