Previous Next

"Düşüncə axınında gənclər" mövzusunda Tələbə elmi konfransı keçirildi

24 May 2024-cü il tarixində Tarix və coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin Ümummilii lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş "Düşüncə axınında gənclər" mövzusunda Tələbə elmi konfransı keçirildi. Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri t.ü.f.d., dos.v.i.e. Taleh Cəfərov Konfransı giriş sözü ilə açdıqdan sonra sözü dekanın müavini t.ü.f.d. dos.v.i.e. Habil Həsənova verdi. Habil müəllim çıxışa başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda şirin canından keçmiş bütün şəhidlərimizə Allah rəhmət dilədi və hər kəsi bir dəqiqəlik sayqı duruşuna dəvət etdi. O, Heydər Əliyevin dövlətçik institunun möhkəmləndirilməsi uğrunda apardığı yorulmaz fəaliyyətinə toxundu. Daha sonra söz Azərbaycan Tarixi kafedrasının müdiri t.ü.f.d., dos. Naibə Əhmədovaya verildi. O Tələbə Elmi Cəmiyyətinin ildən-ilə artan fəaliyyətindən, tələbələrin TEC xətti ilə konfranslardakı fəallığından danışdı. Daha sonra söz TEC sədri Taleh Cəfərova verildi. O, TECin illik hesabatını təqdim etdi. Daha sonra konfrans öz işini seksiyalarda davam etdirdi və sonra qaliblər sertifikatlarla mükafatlandırıldı.

Search