Previous Next

“Tarixdə iz qoyan dahi şəxsiyyət” adlı tədbir

23 may 2024-cü ildə ADPU-nun Tarix və coğrafiya faküıtəsində Heydər Əliyevin 101-ci ildönümü münasibətilə Xarici dillər mərkəzinin dosenti filologiya elmlər namizədi Svetlana Məmmədovanın təşəbbüsü ilə “Tarixdə iz qoyan dahi şəxsiyyət” adlı tədbir keçirilmişdir.

Tədbirin aparıcıları Ələddin Ələddinov, Məleykə İsmayılova və Elxan İsayev olmuşdur. Tədbir dosent Svetlana Məmmədovanın açılış nitqi ilə başlayıb. Daha sonra tədbir Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi K.Fətəliyevanın Ulu Öndərin 101 illiylə əlaqədar çıxışı, N.Əliyevanın “Azərbaycan” şeirini səsləndirməsi ilə davam etmişdir. Heydər Əliyevin həyatı və 1969-1985-ci illərdəki fəaliyyətilə bağlı F.Quliyeva, C.Əhmədov, Y.Hüseynova; 1993-2003-cü illər arasındakı prezidentlik dövrü ilə bağlı Ə.Məmmədova, D.Cəbrayılova, N.Əhədova, G.Ağayev və F.Mirzə çıxış etmişdir.
Tədbirdə iştirak edən qonaqlar içərisində Tarix və coğrafiya fakültəsinin dekan müavini f.ü.f.d, b/m Paşa Quluzadə, Filologiya fakültəsinin dekan müavini, dos., p.ü.f.d. Pərixanım Paşayeva, Xarici dillər mərkəzinin müdiri dos., f.ü.f.d. Ülviyyə Hacıyeva, Xarici dillər mərkəzinin müdir müavini Günay Alıyeva, f.ü.f.d., b/m Mirvari Qasımova iştirak edirdilər.
Tədbirdə çıxış edən tələbələr sertifikatlarla təltif olundu.

Search