Previous Next

"Nə?”, "Harada?", "Nə zaman?" adlı yarış baş tutmuşdur

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix və Coğrafiya fakültəsi, Tərəqqi dərnəyi, Sosial fəaliyyətlər şöbəsinin təşkilatçılığı ilə 24.05.2024 tarixində "Nə?”, "Harada?", "Nə zaman?" adlı yarış baş tutmuşdur. Yarışda Tarix-Coğrafiya və Kimya-biologiya fakültəsinin tələbələrindən ibarət 4 komanda - "Kreativ ad", "Coğrafiyaçılar", "Rasional tayfa" və "Tomris" komandaları iştirak etmişdir.

İlk olaraq Sosial fəaliyyətlər şöbəsinin rəhbər müavini Mirvaleh Ağazadə yarış barədə iştirakçılara ilkin məlumatları verərək yarışa start vermişdir.

2 turdan ibarət olan yarışda dünyagörüş və ədəbi tipli 24 sual səsləndirilmişdir. Ən çox düzgün cavab verən "Rasional tayfa" komandası qalib gələrək diplom ilə təltif edilmişdir.

"Rasional tayfa" komandasını təbrik edir, "Kreativ ad", "Coğrafiyaçılar", "Tomris" komandalarına isə iştirakı üçün təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Search