Previous Next

Vüqar Sadıqov adına 214 saylı məktəbdə Tarix Gecəsi keçirilmişdir

30 aprel 2024-cü il tarixində ADPU Tarix və Coğrafiya fakültəsi Tarix müəllimliyi ixtisası üzrə təhsil alan TAR2004B, TAR2002B, TAR2005B qrupunun Vüqar Sadıqov adına 214 saylı məktəbin təcrübəçi tələbələri tərəfindən təşkil olunan “Tarix" fənninə həsr olunan Tarix gecəsi keçirilmişdir. Tədbirdə milli-adət ənənələrimizi əks etdirən rəqs, mahnılar səsləndirilmiş, Tarixi şəxsiyyətlərin monoloqları ilə davam etmiş və Vətən müharibəsinə həsr olunmuş səhnəcik ilə bitmişdir. Tədbirdə məktəbin Direktor müavini Tural Tağıyev, Ümumi Pedaqogika kafedrasının müəllimi fəlsəfə üzrə elmlər doktoru Firudun Məmmədov, məktəbin Fənn müəllimi Sərhəd Məhərrəmov, Xəyalə Abbasova iştirak etmişdir.Tədbirin sonunda direktor müavini Tural Tağıyev çıxış etmiş təcrübəçi tələbələrə və tədbirdə iştirak edən şagirdlərə ugurlar arzulamışdır.

Search