Previous Next

ADPU-da MİDİB növbəti maarifləndirici dəyirmi masanı təşkil edib

30 aprel 2024-cü il tarixində “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin (MİDİB) icra etdiyi "Ali təhsil müəssisələrində inklüziv peşə hazırlığı mərkəzlərinin təşkilinin təşviqi" adlı layihə çərçivəsində növbəti maarifləndirici dəyirmi masa Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tarix və Coğrafiya fakültəsinin Fəlsəfə və sosial elmlər kafedrasının müəllimləri və tələbələri üçün təşkil edilib.
Giriş sözü ilə çıxış edən ADPU-nun Fəlsəfə və sosial elmlər kafedrasının müdiri, professor Rafail Əhmədli tədbir iştirakçılarını salamladıqdan sonra sözü layihənin rəhbəri və MİDİB-in icraçı direktoru Arif Nəcimov ictimai birliyin fəaliyyəti və icra olunan layihə haqqında çıxış edib. O, layihənin məqsədi, vəzifələri, BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) bəzilərinin inklüziv peşə hazırlığı mərkəzləri ilə əlaqəsi, həmçinin layihənin icrası müddətində nəzərdə tutulmuş növbəti tədbirlər barəsində maarifləndirici dəyirmi masa iştirakçılarına ətraflı məlumat verib.

Sonra maarifləndirici dəyirmi masa ADPU-nun Fəlsəfə və sosial elmlər kafedrasının müəllimləri və “Sosial iş” ixtisasında təhsil alan tələbələrin çıxışları və cari layihə barəsində müzakirəsi ilə davam edib.

Search