Previous Next

Tələbələr ekskursiyada

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix və Coğrafiya fakültəsinin Tarix və Coğrafiya müəllimliyinin TCM 2004, TCM 2201, TCM 2202, Coğrafiya müəllimliyi ixtisasının COĞ 2102, COĞ 2202, Sosial iş ixtisasının SOİ 2301 və SOİ 2302 qruplarının iştirakı ilə 04.05.2024 tarixində Azərbaycan Coğrafiyası və CTT kafedrasının müəllimləri Mehmanə Sadiq, Seyidnisə Əliyeva və Hicran Əfəndiyevanın təşkilatçılığı ilə Şamaxı, İsmayıllı və Qəbələ rayonlarına ekskursiya təşkil olunmuşdur. Ekskursiya gənclərin asudə vaxtlarının səmərəli təşkili və ekoturizmin inkişafında gənclərin rolunun artırılması məqsədilə təşkil olunmuşdur. Gənclər Şamaxı rayonundakı Çuxuryurd gölü, İsmayıllı rayonunda yerləşən Aşıqbayramlı gölü, Qəbələ rayonu Nohurgölün ecazkar təbiəti ilə tanış olmuşlar. Ekskursiya zamanı Coğrafiya kafedrasının müəllimləri rayonlar və gəzilən yerlər haqqında ətraflı məlumat vermişdir.

Search