Previous Next

ADPU-nun Tarix və Coğrafiya fakültəsində “Xalqını Sevən Rəhbər” adlı tədbir keçirilib.

15 dekabr 2023-cü il tarixində ADPU Tarix və Coğrafiya fakültəsində “2023-cü il Heydər Əliyev ili” elan olunması çərçivəsində Xarici dillər mərkəzinin dosenti, filologiya elmlər namizədi dos. S.Məmmədovanın və tələbələri, İsmayılova Məleykə, Elxan İsayev və Ələddinov Ələddinin təşkilatçılığı ilə “Xalqını Sevən Rəhbər” adlı tədbir keçirilib. Tədbir dosent Svetlana Məmmədovanın açılış nitqi ilə başlayıb. O, çıxışı zamanı Dövlət və xalq qarşısındakı əzəmətli və əhatəli xidmətlərinə görə Heydər Əliyev İrsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək, bu günkü və gələcək nəsillərə çatdırmaq, dövlətimiz və xalqımızın qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələ olduğunu vurğulayıb.

Sonra ADPU Tarix və coğrafiya fakültəsinin dekan müavini f.ü.f.d Paşa Quluzadəyə söz verilmişdir. O, “Azərbaycançılıq Heydər Əliyevin əsas ideologiyası kimi” mövzusunda çıxış etmişdir.

Daha sonra tələbə Qarayev Anar “Müstəqil Azərbaycanda Heydər Əliyev faktoriyası” mövzusunda çıxış etmişdir.

Heydər Əliyevin həyatı və 1969-1985-ci illərdəki fəaliyyəti ilə bağlı Q.Fidan, Ə.Cəfər, H.Yeganə və M.Əsmər; 1993-2003-cü illər arasındakı prezidentlik dövrü ilə bağlı C.Dəniz, M.Məleykə, Ə.Nəzrin, A.Gülabdin və M.Fatimə çıxış etmişdir. Tədbir zamanı K.Fidan, A.Səbinə, Ə.Ələddin və İ.Məleykənin hazırladıqları video çarxlarnümayiş olunmuşdur.

Search