Previous Next

Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı “Azərbaycanın inkişaf yollarında Heydər Əliyev izi” adlı tədbir keçirildi

Dekabrın 8-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı “Azərbaycanın inkişaf yollarında Heydər Əliyev izi” adlı tədbir keçirildi.

Tədbirdə Yasamal Rayonu İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyaları kafedrasının baş müəllimi, t.ü.f.d. Taleh Cəfərov, Yasamal rayon Əmək, Müharibə, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları veteranları şurasının sədri Vaqif Məmmədov, “Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri, Əfqanıstan və Qarabağ Müharibəsi veteranı, İctimai Şuranın sədri Bəhram Şeydayev, Dövlət Sərhəd Xidməti Akademiyyası rəisinin Şəxsi heyyətlə işlər üzrə Şöbə rəisinin müavini, polkovnik-leytnant Azər Abbasov, Dövlət Sərhəd Xidməti Akademiyasının kursantları, Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin müəllim və şagirdləri iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərkəzin elmi işçisi Azər Zeynalzadə giriş nitqi ilə çıxış etdi.
ADPU-nun Ümumi tarix və TTT kafedrasının baş müəllimi, t.ü.f.d. Taleh Cəfərov “Heydər Əliyev və Azərbaycanın İnkişaf Startegiyası” adlı məruzə ilə çıxış etdi. Daha sonra tədbirdə Yasamal rayon İH-nin şöbə müdiri Zöhrab Cəfərov, Vaqif Məmmədov və Bəhram Şeydayev çıxış etdilər.
Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin şagirdlərinin ifasında Ümummilli lider Heydər Əliyevə həsr olunmuş mahnılar səsləndirildi.
Sonda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş film nümayiş olundu.

Search