Previous Next

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl"-ə həsr olunmuş bayram şənliyi keçirilmişdir

25.12.2023 tarixində ADPU-da "Tarix və coğrafiya" və "İncəsənət və Fiziki tərbiyə" fakültələrinin birgə təşkilatçılığı ilə "Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl"-ə həsr olunmuş bayram şənliyi keçirilmişdir. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, t.e.d., professor Cəfər Cəfərov, Sosial və Humanitar məsələlər üzrə prorektor Fikrət Rzayev, "Tarix və coğrafiya" fakültəsinin dekanı dosent Asif Axundov, "İncəsənət və Fiziki tərbiyə" fakültəsinin dekanı dosent Anar Fərmayılov və digər müəllim-tələbə kollektivi iştirak etmişdir. ADPU-nun rektoru professor Cəfər Cəfərov "Dünya Azərbaycanlılarının Həmrəylik günü" və "Yeni İl" münasibətilə müəllim və tələbə kollektivini ürəkdən təbrik etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Tədbirdə tələbələrin ifasında "Tərəkəmə", "Xoşbəxtlik", "Naxçıvani", "Ləzginka", "Dağlar gözəli" rəqsləri, tar və qarmonda milli musiqilərimizin ifası, "Popuri", " Yeni il" mahnısı, "Cəngi" əsəri, " Arşın mal alan" operasından qızlar xoru" səsləndirilmişdir. Şaxta baba ilə Qar qızın gəlişi tədbirə özünəməxsus rəng qatmışdır.

Search