Previous Next

Danimarkalı əməkdaşlarQobustan və Quba rayonunda səfərdə

02.10.2023-06.10.2023 tarixlərində Erasmus+ layihəsi əsasında ADPU-nun “Tarix və Coğrafiya” fakültəsində ezamiyyətdə olan Kopenhagen Kollec Universitetinin əməkdaşları Peter Mikael Hansen və Marie Ditte Pagaard “Azərbaycan Coğrafiyası və CTT” kafedrasının müəllim heyəti ilə Qobustan (Qaradağ rayonu) və Quba rayonlarında səfərdə olmuşlar.

Yuneskonun inciləri, mədəni irsi siyahısına daxil olan Qobustan Dövlət tarixi və Bədii qoruğunun yaranması, tarixi haqqında geniş məlumatlar əldə etmişlər.

Eləcə də Respublikamıza xas olan palçıq vulkanlarını daha yaxından izləmişlər.

Daha sonra ADPU-nun Quba filialının qonağı olan Peter Mikael Hansen və Marie Ditte Pangaard’ı filialın rektoru f.e.d Yusif Alıyev qarşılamış, müəllim heyəti ilə qonaqları tanış etmiş, coğrafiya dərsində iştirakını təmin etmişdir. Filialla tanışlıqdan sonra isə qonaqlar Quba Soyqırımı Memorial komplesində olaraq, erməni daşnaklarının törətdiyi vəhşiliklərlə də yaxından tanış olmuşlar.

Search