Previous Next

Kopenhagen Kollec universitetinin əməkdaşları “Tarix və Coğrafiya” fakültəsinin müəllim və tələbə heyəti ilə seminar keçirmişdi

Erasmus+ layihəsi çərçivəsində 02.10.2023-06.10.2023 tarixlərində ADPU-da ezamiyyətdə olan Kopenhagen Kollec universitetinin əməkdaşları Peter Mikael Hansen və Marie Ditte Pagaard “Tarix və Coğrafiya” fakültəsinin müəllim və tələbə heyəti ilə seminar keçirmişdir.

Günün birinci yarısı, tələbələr üçün “Davamlı inkişaf” mövzusunda praktik məşğələ, ikinci yarısında isə kafedra əməkdaşları üçün açıq havada keçirilən dərslərlə bağlı təcrübələrini bölüşmüşlər.

Search