Previous Next

"Müəllim və tələbə səyahətdə" 5 oktyabr müəllimlər gününə həsr olunmuş tədbir keçirildi.

05.10.2023 tarixində Azərbaycan Pedaqoji Universiteti Tarix və coğrafiya fakültəsinin nəzdində fəaliyyət göstərən Tərəqqi dərnəyinin təşkilatçılığı ilə "5 oktyabr müəllimlər gününə" həsr olunmuş tədbir həyata keçirildi. Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı dos Asif Axundov, dekan müavinləri, kafedra müdirləri, Tərəqqi dərnəyi üzrə məsul şəxs Mehmanə Sadiq, fakültənin media üzrə məsul şəxs Pakizə Orucova, Tərəqqi dərnəyinin sədri Seyranə İbrahimova, bir neçə müəllim və tələbə heyəti iştirak etmişdir. Tədbir Tərəqqi dərnəyinin sədri Seyranə İbrahimovanın nitqi ilə başlanıb, "Müəllim və tələbə səyahətdə" adlı səhnəciklər, rəqslər istedadlı tələbələrimiz tərəfindən səhnəyə qoyulub, qarmon ifasında "Sarı gəlin" mahnısı, həmçinin qarmon və tarda ifalar səsləndirilib. Tədbir iştirakçılar tərəfindən zövqlə izlənilib. 

Sonda Tərəqqi dərnəyinin sədri İbrahimova Seyranənin çıxışı ilə tədbir yekunlaşıb.

Search