Previous Next

Erasmus proqrami çərçivəsində 02.10.23 tarixində ADPU-da ezamiyyətdə olan Kopenhagen Kollec universitetinin əməkdaşları ilə görüş

Erasmus proqrami çərçivəsində 02.10.23 tarixində ADPU-da ezamiyyətdə olan Kopenhagen Kollec universitetinin əməkdaşları Peter Mikael Hansen və Ditte Marie Pagaard ilk olaraq “Tarix və Coğrafiya” fakültəsində olmuşlar.

Əməkdaşları ilk öncə fakültənin dekanı dos. Asif Axundov qarşılayaraq onlara fakültənin iş strukturu və fəaliyyəti haqqında məlumat vermişdir. “Azərbaycan coğrafiyası və CTT” kafedrasının müdiri dos. Oqtay Alxasov Danimarkalı qonaqlarla əməkdaşlıq proqramı haqqında məlumat vermişdir. Peter Mikael xoş qarşılanmalarına və xüsusi qonaqpərvərliyə görə təşəkkür etmiş, gəlişlərinin məqsədlərini və əməkdaşlıq planlarını açıqlamışdır. Gələcək 2 il ərzində bu plan üzrə həyata keçiriləcək layihələrdən danışmışdır. Fakültə ilə tanış olduqdan sonra qonaqlar Qala tarixi və etnoqrafik muzeyinə səyahət etmiş, buranın tarixi haqqında maraqlı məlumatlar əldə etmişlər.

Search