Previous Next

Sentyabrın 15-də ADPU-nin Tarix və Coğrfiya fakültəsində yeni tədris ilinin başlanması münasibətilə tələbələrlə oriyentasiya görüşləri keçirilmişdir.

Sentyabrın 15-də ADPU-nin Tarix və Coğrfiya fakültəsində yeni tədris ilinin başlanması münasibətilə Tarix müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Coğrafiya müəllimliyi və Sosial iş ixtisaslarının I tədris ili tələbələri üçün oriyentasiya görüşləri keçirilmişdir. Tələbələrlə görüşdə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, fakültə dekanı dosent Asif Axundov, kafedra müdirləri, müəllim heyəti və tyutorlar iştirak etmişlər.

Oriyentasiya görüşü zamanı prorektor prof. A. Zamanov çıxış edərək I kurs tələbələrini təbrik etmiş, universitetin tanınmış məzunları haqqında məlumat vermişdir. Fakültənin dekanı dos. A. Axundov fakültənin tarixi , fakültənin strukturu, kitabxana haqqında məlumat verərək tələbələri kafedra müdirləri ilə tanış etmişdir.
Daha sonra kafedra müdirləri prof. İramin İsayev, c.e.d. Məhəmməd Abduyev, dos. Naibə Əhmədova,çıxış etmişlər. Tyutor Elvira Kərimova imtahan və qiymətləndirmə sistemi, təqaüdlər, davamiyyət və digər zəruri məsələlər haqqında danışmışdır.
Fakültəmizin Tərəqqi dərnəyinin sədri Seyranə İbrahimova çıxış edərək dərnəyin fəaliyyəti, strukturu, həyata keçirdikləri layihələr haqqında ətraflı məlumat verərək tələbələri əməkdaşlığa dəvət etmişdir.

Search