Previous Next

"Bizim Cəbiş müəllim" bədii filminin nümayişi olub

Oktyabrın 16-da "100MİN" proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı Tarix və Coğrafiya fakültəsinin təşkilatçılığı ilə "Bizim Cəbiş müəllim" bədii filminin nümayişi olub.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı Tələbələrlə iş üzrə sədr müavini Elmira Babayeva tələbələrin vaxtlarının səmərəli təşkili, maariflənməsi və əylənərək öyrənməsini təmin etmək üçün həyata keçirilən layihələrdən bəhs etmiş, əhəmiyyətini vurğulamışdır. Filmin nümayişinin ardından tələbələr 2-ci dünya müharibəsi illərində qələbə naminə hər cür maddi çətinliklərə dözən, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan Cəbiş müəllim obrazını təhlil edib, birgə müzakirə aparıblar.

#ATGTİ #ASYOU #ADPUTGT #100MİN

Search