Previous Next

Azərbaycan tarixi kafedrasının əməkdaşı “Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu”nda iştirak etmişdir.

Azərbaycan tarixi kafedrasının əməkdaşı Sahibə Musayeva 16-19 may 2023-cü il tarixlərində Mingəçevir şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu”nda iştirak etmişdir. Forum çərçivəsində S.Musayeva “Azərbaycan-Rusiya gənclərinin elmi əməkdaşlığı” panelində müzakirələrdə iştirak etmiş və yekunda Azərbaycan və Rusiya gənc alimlərinin birgə ortaq layihəsi hazırlanıb təqdim edilmişdir. Forum çərçivəsində həmçinin Şəki şəhərinə də səfər təşkil olunmuşdur.

Search