Previous Next

Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans

20 may 2023-cü il tarixində Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin Yaranmasının 105 illiyi və görkəmli ədəbiyyatşünas alim Salman Mümtazın doğum gününə həsr olunmuş elmi-praktik konfransı təşkil olundu. Tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrası və Universitetin Şəki filialının humanitar fənlər kafedrasının birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Tədbirdə ADPU-nun professor və müəllim heyəti ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı Avrasiya Universiteti və Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları, elmi mütəxəssislər, ictimai xadim və ziyalılar da iştirak etdilər.

Search