Previous Next

"Tərəqqi dərnəyi"-nin təqdimat mərasimi keçirilmişdir

Əziz müəllimlər və tələbələr!

11.05.2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və coğrafiya fakültəsi nəznində fəaliyyətə başlayan "Tərəqqi dərnəyi"-nin təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində "Tərəqqi dərnəy"i üzrə məsul şəxs Mehmanə Sadiq çıxış edərək dərnəyin fəaliyyət istiqamətləri barədə tələbələrə məlumat vermişdir. Daha sonra söz dərnək sədri Seyranə İbrahimovaya verilmişdir. Seyranə xanım dərnəyin idarə heyətini iştirakçılara təqdim etmiş və dərnəyin strukturu ilə bağlı suallara cavab vermişdir. Xatırlatma edək ki, "Tərəqqi dərnəyi" - "Debat klubu", "Kitab və film klubu", "Sosial fəaliyyət" və "İncəsənət" şöbələrindən ibarətdir. Klub və şöbə rəhbərləri öz gələcək fəaliyyətləri barədə müəllimlərə və tələbələrə ətraflı məlumat veriblər. Eyni zamanda dərnəyin fəaliyyət istiqamətlərini əyani şəkildə göstərmək üçün iştirakçı tələbələr arasında əyləncəli yarışma və debat keçirilmişdir. Tələbələr tərəfindən onlara təqdim olunmuş qutudan kartlar seçilmiş və suallar səsləndirilmişdir. Təqdimat mərasimində ən aktiv iştirak edən 3 tələbə kitabla mükafatlandırılmışdır.
Tərəqqi dərnəyinə fəaliyyətlərində uğurlar arzu edirik.

Search