Previous Next

ADPU-da voleybol yarışlarının qalibləri bəlli olub

Mayın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) təşəbbüsü və təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan fakültə komandaları arasında keçirilən oğlanlararası və qızlararası voleybol yarışları yekunlaşıb. Yarışda universitetin 9 fakültəsi üzrə qızlar arasında 8 komanda, oğlanlar arasında 9 komanda mübarizə aparıb. Oğlanlararası yarışda birincilik Tarix və coğrafiya fakültəsinin olub. Bu münasibətlə tələbələrimizi təbrik edirik.

Search