18.12.2024 tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix və Coğrafiya fakültəsi, Tərəqqi dərnəyi, Sosial fəaliyyətlər şöbəsinin təşkilatçılığı ilə “Gələcəyin ən yaxşı müəllimi” adlı layihəsinin növbəti mərhələsi baş tutmuşdur.
Layihədə mövzu seçimində uğur qazanan 3 tələbə öz təqdimatlarını nümayiş etdirmişlər. Münsiflər heyəti olaraq Azərbaycan coğrafiyası ve CTT kafedrasının müəllimi Mehmanə Sadiq, Ümumi Pedaqoqika kafedrasının müəllimləri - Aytən Daşdəmirova və Səbinə Sadıqova tələbələri qiymətləndirmişlər. Mövzusunu ən yaxşı formada təqdim edən Ələmşah Hümmətov finalda iştirak etmək hüququ qazanmışdır.