29 noyabr 2024-cü il tarixində Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasında Mustafayeva Kəmalə Sahib qızının 5801.01 - təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (tarixin tədrisi metodikası) ixtisası üzrə “Tarixin tədrisində yeni təlim texnologiyalarından istifadə şagirdlərdə dünyagörüşünün formalaşdırılma vasitəsi kimi” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını almaq üçün ilkin müzakirəsi keçirilmişdir. İclasda Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrası, Ümumi pedaqogika kafedrası və Bakı Slavyan Universitetinin mütəxəssisləri iştirak etmişdirlər.