Previous Next

ADPU-nun Coğrafiya fakültəsinin məzunu professor Vilayət Həsənovun 85 illiyi münasibətilə tədbir keçirilmişdir.

Professor Vilayət Həsənov - 85

31.10.2023 il tarixində ADPU-nun 2-ci tədris binası - Heydər Əliyev mərkəzində Ümumi coğrafiya kafedrasının təşkilatçılığı ilə görkəmli torpaqşünas alim, AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun “Torpaq örtüyünün strukturası” laboratoriyasının rəhbəri ADPU-nun Coğrafiya fakültəsinin məzunu professor Vilayət Həsənovun 85 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Tarix və Coğrafiya fakültəsinin dekan müavini Paşa Quluzadə, Fəlsəfə və sosial elmlər kafedrasının müdiri prof. Rafail Əhmədli, Azərbaycan tarixi kafedrasının müdiri dos. Naibə Əhmədova, Ümumi coğrafiya kafedrasının müdiri c.e.d., dos. Məhəmməd Abduyev, dos. Mətanət Əsgərova, müəllimlər Aygün Kərimova və Leyla Əliyeva, Heydər Əliyev mərkəzinin mütəxəssisi Tərlan Ağayev və Coğrafiya müəllimliyi ixtisası üzrə COĞ 2203-2204 qrup tələbələri iştirak etmişlər.
Tələbələr Qafarova Sevda, Əhmədov Əhməd və İsmayılova Nərminə alimin həyatı, elmi fəaliyyəti haqqında prezentasiya ilə çıxış etdikdən sonra yubilyar öz xatirələri ilə bölüşmüşdür. Professor V.Həsənov 1950-60-cı illərin çətinliklərinə baxmayaraq necə yüksək səviyyədə təhsil aldıqlarını qeyd etdi, o dövrdə fəaliyyət göstərmiş professor və müəllimlərin adlarını çəkərək çox kövrək hisslərlə onları xatırladı və eyni zamanda respublikamızın torpaqlarının strukturası, morfogenetik diaqnostikası və sistematikası haqqında yenilikləri bölüşdü.
Tədbirdə M.Abduyev, M.Əsgərova da çıxış etdilər. Sonda yubilyara dostu, mərhum dekan Mustafa Əliyev haqqında xatirə kitabı və çiçək təqdim olunaraq, xatirə şəkli çəkildi.

Search