Previous Next

Tarix-Coğrafiya fakültəsində TAİM tərəfindən seminar keçirilib

31 oktyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində Tarix-Coğrafiya fakültəsində Tarix və Coğrafiya ixtisasları üzrə təhsil alan sonuncu kurs tələbələri üçün TAİM - Təhsildə Araşdırma və İnkişaf Mərkəzi tərəfindən seminar keçirilib.

Seminarda TAİM-in peşəkar müəllimləri - Coğrafiya üzrə Ceyhun Əhədov, Tarix üzrə Bəhruz Cavadov və Metodika üzrə isə təlimçi-müəllim Aysel Balaşova MİQ imtahanı prosesi və ixtisasları üzrə ən vacib mövzulardan çıxış ediblər.
Müəllim olmaq yolunda addımlayan tələbələrə uğurlar arzu edirik! 😊

Search