Previous Next

Tərəqqi dərnəyinin təşkilatçılığı ilə 28 may “Respublika gününə” həsr olunmuş tədbir həyata keçirildi

Əziz müəllimlər və tələbələr!

26.05.2023 tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsinin nəznində fəaliyyət göstərən Tərəqqi dərnəyinin təşkilatçılığı ilə 28 may “Respublika gününə” həsr olunmuş tədbir həyata keçirildi. Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı dos. Asif Axundov, dekan müavinləri f.ü.f.d. Paşa Quluzadə, b/m Səmayə Həsənova, kafedra müdirləri prof. İramin İsayev, prof. Rəfael Əhmədli, dos. Oqtay Alxasov, dos. Sevinc Əliyeva, c.e.d., dos. Məhəmməd Abduyev, professor-müəllim və tədris köməkçi heyəti iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, tələbələrimizin ifasında müxtəlif musiqi janrlarında rəqs və ifaları iştirakçılara böyük zövq yaşatdı. Eyni zamanda “Ulduz” və “Qaynana” filmlərindən kiçik səhnəciklər universitetimizin istedadlı tələbələri tərəfindən zalda əyləşən tamaşaçılara təqdim edildi. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsinin dekani dos. Asif Axundovun çıxışı ilə tədbir yekunlaşdı.

Search