Previous Next

Arxeologiya və Etnoqrafiya muzeyində mühazirə və seminar dərsi

05 may 2023-cü il tarixində TAR2106BR qrupunun mühazirə və seminar dərsləri Arxeologiya və Etnoqrafiya muzeyində keçirilmişdir. Belə ki, tələbələr müəllimləri dos. Elmira Süleymanova və Sahibə Musayeva ilə birlikdə muzeyi ziyarət etmişlər. İlk öncə muzeyin yerləşdiyi binanın tarixi haqqında, daha sonra isə muzeydə sərgilənən ibtidai icma quruluşu dövrünə və orta əsrlərə aid olan, Azərbaycan xalqının adət-ənənələrini və maddi-mədəni irsini özündə əks etdirən eksponatlar haqqında müəllimlər tərəfindən tələbələrə ətraflı məlumat verilmişdir. Muzeydə nümayiş olunan arxeoloji maddi mədəniyyət nümunələri və eksponatlar tələbələr tərəfindən maraqla qarşılanmışdır.

Search