Previous Next

Müəllim-tələbə kollektivi "Ümid" uşaq sığınacağını ziyarət etmişdirlər

08.05.2024 tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə müəllim-tələbə kollektivi "Ümid" uşaq sığınacağını ziyarət etmişdirlər. Kollektiv sığınacağın şəraiti, uşaqların yaşam şərtləri ilə yaxından tanış olmuş, onlarla söhbətləşmiş və müxtəlif oyunlar oynayıb, gözəl zaman keçirmişdir. Sonda Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix və coğrafiya fakültəsi adından uşaqlara müxtəlif qidalar, geyimlər, məktəb ləvazimatları və s. hədiyyə olunmuş, körpələrlə xatirə şəkli çəkilmişdir.

Search