Previous Next

"Aprel döyüşləri-böyük zəfərin başlanğıcı" adlı elmi seminar

04.04.2023-cü il tarixində ADPU-nun Tarix və Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyəti Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrası ilə birlikdə "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı" adlı elmi seminar keçirildi. Tədbirdə 052 saylı TTQ-nin mənsubları, Hərbi dəniz qüvvələrinin miçmanları, eyni zamanda aprel şəhidinin valideynləri iştirak edirdilər. Tədbiri TEC sədri Taleh Cəfərov açaraq Aprel şəhidlərinin, eləcə də Vətən uğrunda şəhid olmuş igidlərimizin xatirəsinə 1 dəqiqəlik sükut elan olundu. Daha sonra Aprel döyüşləri və onun Azərbaycan hərb tarixində oynadığı mövqe, əhəmiyyəti haqqında Ümumu tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, t.ü.f.d. Taleh Cəfərov məruzə etdi. Növbəti çıxış üçün söz Türkiyənin Yıldız Texnik Universitetin I kurs magistrantı Fəxri Fexri Mahmudova verildi. O, Aprel döyüşlərinə gedən yol və bu yolda qazanılan uğurlardan söhbət açdı. Ardındca Aprel döyüşlərinə həsr edilmiş viseoçarx nümayiş olundu. Sonda XTQ mənsublarına söz verildi.

Search