Previous Next

Heydər Əliyev Mərkəzinə ekskursiya

ADPU-nun Tarix-coğrafiya fakultəsinin Coğrafiya müəllimliyi ixtisasının IV kurs 1902B qrup tələbələrinin aprelin 11-də metodist Vəfa Tağıyevanın rəhbərliyi ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunmuşdur. Muzeydə tələbələr Heydər Əliyevin həyat səlnaməsi, eyni zamanda Azərbaycanın istər siyasi, istərsə də iqtisadi həyatındakı xidmətlərinə dair müxtəlif səpkili eksponatlarla tanış oldular. Muzeydə tələbələrə Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini əks etdirən eksponatlar və fotostendlər haqqında geniş məlumat verildi. Tələbər Mərkəzin Kitabxana və İnformasiya Texnologiyaları bolməsi ilə də tanış oldular. Eyni zamanda Heydər Əliyev haqqında yazılan çoxsaylı kitab nümunələri ilə də tanış oldular. Ulu Öndərin 100 illiyinə həsr olunmuş ekskursiyada tələbələr Heydər Əliyevin Azərbaycan xalqının firavan yaşaması üçün etdiyi fədakarlıqların bir daha şahidi oldular.

Search