Previous Next

“Heydər Əliyev və Türk dünyası” adlı konfrans

04.04.2023-cü il tarixində Beynəlxalq Muğam Mərkəzində “Heydər Əliyev və Türk dünyası” adlı konfrans və ədəbi-bədii gecə keçirildi. Türk ölkə və topluluqlarından gəlmiş mötəbər qonaqların və yazarların iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin Azərbaycan coğrafiyası və CTT kafedrasının müəllimləri Nəcibə Axundova, Mehmanə Sadiq və təcrübəçi tələbələr iştirak ediblər. Milli Məclisin Mədəniyyət Komitəsinin mənəvi dəstəyi ilə keçirilən, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “NƏFƏS” İB, “UNİTY Company”in təşkilatçılığı ilə gerçəkləşən tədbirdə çıxış edən qonaqlar böyük tarixi şəxsiyyət Heydər Əliyevin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar haqqında danışdılar, söylədiyi mülahizələrin böyük tarixi əhəmiyyətə malik olduğunu xüsusi vurğuladılar. Ədəbi-bədii gecədə çıxış edən incəsənət nümayəndələri öz ifaları ilə gələn qonaqların könüllərini fəth etdilər. Tədbirin sonunda Milli Məclisin Mədəniyyət Komitəsinin Sədri Qənirə Paşayeva Türk ölkə və topluluqlarından gələn qonaqlara hədiyyələr təqdim etdi.

Search