Previous Next

Azərbaycanda aparıcı CİS şirkətlərindən olan DATUM MMC

Aprelin 1-də Azərbaycan Coğrafiya Cəmiyyətinin Azərbaycan Dövlət Pedaqoji Universiteti filialının təşkilatçılığı ilə Tarix və coğrafiya müəllimliyi ixtisasının III tədris ilinin TCM2001-2004B qruplarının tələbələri Coğrafiya informasiya sistemləri (CİS) fənni üzrə müəllimləri dosent Mətanət Əsgərova, Seyidnisə Əliyeva və Bakı Dövlət Universitenin Coğrafiya fakültəsinin müəllimi İlhamə Qəribovanın rəhbərliyi ilə təcrübə mübadiləsi məqsədilə Azərbaycanda aparıcı CİS şirkətlərindən olan DATUM MMC-də olmuşlar.

Şirkətin direktoru Camal İsmayılov, icarçı direktor Anar İsmayilov, CİS şöbəsinin müdüri Elvin Əmrahov, CİS mühəndisləri Şəlalə Babayeva, Kənan Əfəndiyev, Minayə Ələkbərli, İbrahim Məcidli və digərləri tələbələrimizə CİS, Azərbaydan CİS-in inkişafı, CİS proqramları, istifadə olunan alətlər, praktik olaraq CİS xəritələrinin necə və hansı mərhələlər və üsullarla yaradılması, məlumat bazasının yaradılması, CİS-in əhatə etdiyi sahələr və şirkətin yerinə yetirdiyi layihələr barədə geniş məlumat verdilər.

Search