Previous Next

Lənkəran rayonuna ekskursiya təşkil olunmuşdur

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisasının 2101 qrupu ilə 28.04.2024-cü il tarixində Azərbaycan Coğrafiyası və CTT kafedrasının müəllimləri Mehmanə Sadiq və Pakizə Orucovanın təşkilatçılığı ilə Lənkəran rayonuna ekskursiya təşkil olunmuşdur. Ekskursiyada ADPU-nun məzunu, Lənkəran Dövlət Universitetinin müəllimi Afiq İsmayılov da iştirak etmişdir. Ekskursiya gənclərin asudə vaxtlarının səmərəli təşkili və ekoturizmin inkişafında gənclərin rolunun artırılması məqsədilə təşkil olunub. Gənclər Hirkan Milli Parkı ərazisini, Xanbulan gölünü və çay plantasiyalarını gəziblər. Ekskursiya zamanı Afiq İsmayılov tələbələrə Lənkəran rayonu, eləcə də gəzilən yerlər haqqında geniş məlumatlar vermişdir.

Search