Previous Next

86 nömrəli məktəbdə “Tarix-Coğrafiya” fənninə həsr olunan intellektual yarış keçirilmişdir

ADPU Tarix və Coğrafiya fakültəsi. Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alan TCM 1904B qrupunun və Mübariz Nəcəfov adına 86 saylı məktəbin təcrübəçi tələbələri tərəfindən təşkil olunan “Tarix-Coğrafiya” fənninə həsr olunan intellektual yarış keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlamışdır. Yarış 7A,7C,8A,8C sinifləri arasında keçirilmişdir. Tədbirdə məktəbin Direktoru Cavid Əliyev, Ümumi Tarix kafedrasının müəllimi Metodist Rameş Rzayev, Ümumi Pedaqogika kafedrasının müəllimi Pedaqoq Aybəniz Mirzəyeva, məktəbin Fənn müəllimləri tarix müəllimi Əfqan Əsgərov, coğrafiya müəllimi Tərlan Eyvazova iştirak etmişdir. Sonda təcrübəçi tələbələr və yarışın qalibi olan komanda sertifikatlarla təltif olunmuşdur.

Search