Previous Next

Tarix-Coğrafiya və Fizika fakültələrinin təşkilatçılığı ilə Novruz tədbiri

19.03.2024 tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix-Coğrafiya və Fizika fakültələrinin təşkilatçılığı ilə Novruz tədbiri keçirilmişdir. Tədbirdə hər iki fakültənin müəllim-professor heyəti, Sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev iştirak etmişdir. Novruzun əsas personajları Kosa, Keçəl və Bahar qızı tədbir iştirakçılarının bayramını təbrik etmişdir. Hər iki fakültənin tələbə və müəllimlərinin "Dağlar gözəli", "Nəlbəki", "İnnabı", "Ritm", "Ləzginka", "Odlar yurdu" və "Yallı" rəqsləri nümayiş etdirilmiş, həmçinin qarmon və kamançada ifalar səsləndirilmiş, "Azərbaycan " və "Dilbərim" mahnıları ifa edilmişdir. Tədbir hər kəs tərəfindən maraqla qarşılanmışdır.

Search