Previous Next

“Müasir dünyada informasiyanın rolu və mənası” mövzusunda elmi seminar

12.03.2024-cü il tarixində ADPU-nun Fəlsəfə və sosial elmlər kafedrasında kafedra əməkdaşlarının və magistrantların iştirakı ilə elmi seminar keçirilmişdir. Seminarda “Müasir dünyada informasiyanın rolu və mənası” mövzusunda kafedranın dosenti Nigar Qəhrəmanovanın geniş məruzəsi dinlənilmişdir. Məruzə ətrafında prof. Rafail Əhmədli, dosent Rauf Səmədov, f.ü.f.d. Paşa Quluzadə çıxışlar edərək informasiyanın müasir dövrdə rolundan, onun cəmiyyətə müsbət və mənfi təsirindən, informasiya cəmiyyətinin xüsusiyyətlərindən danışdılar. Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Search