Previous Next

Tarix və coğrafiya fakültəsinin Ümumi pedaqogika kafedrasının dos., p.ü.f.d. Emilya Hüseynovanın monoqrafiyası nəşr olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Ümumi pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Emilya Hüseynovanın “Active citizenship in students education of position” (Şagirdlərdə fəal vətəndaşlıq mövqeyinin tərbiyə olunması) adlı monoqrafiyası Almaniyanın “LAP LAMBERT Academic Publishing” (2024-cü il, 205 s.) nəşriyyatı tərəfindən Latın Amerikası və beş Avropa dilində (alman, italyan, rus, fransız, ingilis dillərində) nəşr olunub.

Monoqrafiyada X-XI sinif şagirdlərində fəal vətəndaşlıq tərbiyəsi probleminin nəzəri əsaslarından, şagirdlərinin fəal vətəndaşlıq mövqeyi tutmasının imkanları və səmərəli yollarından, şagirdlərinin tədris prosesi zamanı, sinifdənkənar və məktəbdənkənar fəaliyyətləri fənlərinin tədrisi prosesində, şagirdlərdə fəal vətəndaşlıq mövqeyinin tərbiyəsinin inkişaf amillərindən bəhs edilir.

Monoqrafiya müəllimlər, dissertantlar, doktorantlar və tədqiqatçılar üçün faydalı ola bilər.

Search