Previous Next

Tarix və coğrafiya fakültəsində “Azərbaycandan dünyaya yayılan fəlsəfi ideyalar” mövzusunda elmi seminar keçirilmişdir.

28.11.2023-cü il tarixdə Tarix və coğrafiya fakültəsində Beynəlxalq Fəlsəfə gününə həsr olunmuş elmi seminar keçirilmişdir. Elmi seminar ADPU-nun Fəlsəfə və sosial elmlər kafedrası ilə AMEA Fəlsəfə və sosiologiya institutunun Fəlsəfə tarixi şöbəsi birlikdə təşkil etmişdir. Seminarda “Azərbaycandan dünyaya yayılan fəlsəfi ideyalar” mövzusunda f.ü.f.d. Zaur Rəşidovun geniş məruzəsi dinlənilmişdir. Məruzə ətrafında prof. Rafail Əhmədli, b/müəllim Paşa Quluzadə, b/m Fərzalı Rüstəmov çıxışlar edərək xalqımızın bəşəriyyətə verdiyi dəyərlərdən, mənəvi irsimizdən, mütəfəkkirlərimizin tarixən yaratdığı fəlsəfi ideyalardan və bu ideyaların Şərq və Avropa ölkələrində yayılmasından danışdılar. Sonra tələbələrin suallarına cavablar verilib müzakirələr olmuşdur.

Search