Previous Next

“Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti”nin yaranmasının 100 illiyi münasibətilə Elmi Seminar keçirilmişdir

21 noyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə universitetin Tarix və coğrafiya fakültəsinin Ümumi tarix və TTT kafedrasının təşkilatçılığı ilə birgə “Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti”nin yaranmasının 100 illiyi münasibətilə Elmi Seminar keçirilmişdir. Seminarda dos. Bəhman Kərimov, t.ü.f.d. Laçın Mustafayev, “Ümumi Tarix və TTT” kafedrasının müdiri t.e.d., dos. Sevinc Əliyeva, Tarix və Coğrafiya fakuültəsinin dekan müavini f.ü.f.d. Paşa Quluzadə çıxışlar etmişdilər. Tədbirdə iştirak edən Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Ləman Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Tarix və tarixin tədrisi texnologiyası kafedrası ilə birgə təşkil edilən Elmi seminarların təşkilinin əsas məqsədinin Azərbaycan muzeylərində qorunan maddi irsimizin tədqiqi və tədris prosesinə cəlb edilməsi olduğunu qeyd etdi.

“Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti”nin Azərbaycan tarixçiliyindəki əhmiyyəti vurğulanmış və ortaya qoyduğu yeniliklər haqqında tələbələrə ətraflı məlumat verilmişdir.

Search