Previous Next

ADPU, Tarix və coğrafiya fakültəsinin tələbələrindən ibarət komandası “Heydər Əliyev və Azərbaycan tarixi” adlı IX Ümumrespublika bilik yarışında iştirak edib.

Oktabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin tələbələrindən ibarət komandası “Heydər Əliyev və Azərbaycan tarixi” adlı IX ümumrespublika bilik yarışında uğurla iştirak edib. Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışında ümumilikdə 50 ali təhsil müəssisəsi təmsil olunub.

Qeyd edək ki, yarış ərəfəsində müsabiqəyə hazırlıq məqsədilə ADPU, Tarix və coğrafiya fakültəsinin tələbələri arasından seçilmiş təmsilçilərinin Universitetin “Azərbaycan tarixi” kafedrasının baş müəllimi Cəfər Xanəliyevin rəhbərliyi ilə yarışın keçirildiyi Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev Muzeyinə ziyarətləri təşkil olunub.

Bilik yarışında ADPU, Tarix və coğrafiya fakültəsi, “Azərbaycan tarixi” kafedrasının baş müəllimi Cəfər Xanəliyevin rəhbərlik etdiyi komandanı Universitetin aşağıda adları qeyd olunan tələbələri təmsil etmişdir:

  1. Ələddinov Ələddin Rövşən oğlu
  2. Sadıqlı Zakir Samir oğlu
  3. Əhmədova Aynurə Elnur qızı
  4. Zeynalova Rübabə Zəfər qızı
  5. İbrahimli Aygün İsmayıl qızı
  6. Sadıqova Fatimə Həmid qızı
  7. Əliyev Mərdan Ağalar oğlu
  8. Nəcəfli Ülkər Məlikağa qızı

Bilik yarışında ADPU, Tarix və coğrafiya fakültəsinin tələbələrindən seçilmiş komanda uğurla çıxış etmiş və 50 Universitet arasında yarışı 10-cu pillədə başa vurmuşdur.

Search