Previous Next

Tarix və Coğrafiya fakültəsində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Olimpiada keçirilmişdir.

03.05.2023-04.05.2023-cü il tarixlərində Tarix və coğrafiya fakültəsində Azərbaycan tarixi və Azərbaycan coğrafiyası üzrə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Olimpiada keçirilmişdir. Olimpiadada Azərbaycan tarixi üzrə 68 tələbə, Azərbaycan coğrafiyası üzrə 59 tələbə iştirak etmişdir. Tələbələrlə 5 sual təqdim edilmiş, maksimal 50 bal müəyyən olunmuşdur. Azərbaycan tarixi üzrə I yerə Abdullayeva Sevinc Məhəmməd qızı, II yerə Əhmədov Cəfər İlqar oğlu, III yerə Məlikov Məhəmməd Namik oğlu layiq görülmüşdür. Azərbaycan coğrafiyası üzrə I yerə Tağızadə Pərvanə Gülbala qızı, II yerə Dadaşov İgid Nail oğlu, III yerə Əzizov Əzizağa Qərib oğlu və Quliyeva Xədicə Elxan qızı layiq görülmüşlər. Tələbələrimizi əldə etdikləri uğur münasibətilə təbrik edir, növbəti mərhələdə onlara müvəffəqiyyətlər arzu edirik.

Search