Previous Next

ADPU tələbəsi “Erasmus Mundus” proqramının Qafqaz öklələri üzrə qalibi oldu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasının COĞ1902B saylı qrup tələbəsi Murad Həmid oğlu Hüseynov Azərbaycanda ilk dəfə olaraq “torpaqşünaslıq” ixtisası üzrə Avropa Birliyinin (AB) “The Erasmus Mundus Master in Soil Science (emiSS)” təqaüd proqramını qazanıb.

ADPU tələbəsi Murad Hüseynov müsabiqənin ümumilikdə 860, 6 yerli namizədi arasından müvəffəqiyyət qazanaraq seçilənlər sırasındadır. Qeyd edək ki, layihədə “torpaqşünaslıq” ixtisası üzrə Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları üzrə yalnız bir yer ayrılmışdı və üç respublika arasında Azərbaycan təmsilçisi olan Murad bu yeri qazandı.

Avropa Birliyinin ERASMUS MUNDUS Proqramı çərşivəsində 01.09.2019-31.08.2024 tarixlərdə reallaşdırılan 610528-EPP-1-2019-1-TR-EPPKA1-JMD-MOB saylı «Erasmus Mundus Master in Soil Science (torpaqşünaslıq üzrə magistr)» layihəsinin büdcəsi 3.032.000,00 €-dur.

Erasmus Mundus in Soil Science Master Scholarship-ə müraciet zamanı Muradın nəticələri: GPA:86.6, İELTS:7.0 (Listening: 8.0,Speaking: 7.5,Reading: 7.0, Writing:6.0) olmuşdur. “Erasmus Mundus in Soil Science Master Scholarship”-ə müraciət zamanı İELTS, 2 tövsiyə məktubu və 1 “Motivation letter” yazmaq tələb olunur. Həmçinin, proqrama müraciət üçün namizədin Torpaqşünaslıq və ya əlaqəli sahə üzrə Bakalavr dərəcəsi olmasi tələb olunur. Proqramın başlanğıc tarixinə qədər məzun olacaq tələbələrin də müraciətləri qəbul edilir.

Murad həmçinin 2022-ci ildə “Ambassador fund for SWT” layıhəsinin qalibi olaraq həmin ilin yay aylarında ABŞ-da "Bridge USA Leadership Development Program"-da da iştirak etmişdir.

Qeyd edək ki, layihənin Azərbaycan üzrə koordinatoru Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı b.ü.f.d. Ülviyyə Məmmədova və ADPU-nun Ümumi coğrafiya kafedrasının “torpaqşünaslıq” üzrə fənn müəllimi, a.e.ü.f.d., dosent Mətanət Əsgərova tələbələrin müsabiqəyə hazırlanmasında yaxından iştirak edirlər.

Search