Previous Next

Gənclər Günü münasibətilə görüş

Tarix və coğrafiya fakültəsinin I tədris ili tələbəsi Vəzirova Zərbikə Ramiz qızı Tarix fənnindən Respublika Fənn Olimpiadasında iştirak edərək III yerə layiq görülmüşdür. Sertifikat, diplom, bürünc medalla təltif olunmuşdur. Tarix və coğrafiya fənlərinə böyük marağı olduğu üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya müəllimliyi ixtisasına 2022-2023-cü tədris ilində müsabiqədənkənar qəbul olunmuşdur.
Elm və təhsil naziri Emin Əmrullayev Gənclər Günü münasibətilə təhsil və elm sahəsində, ictimai həyatda uğur qazanmış bir qrup gənclə görüşmüşdür. STEAM İnnovasiya Mərkəzində keçirilən görüşdə tələbə Vəzirova Zərbikə Ramiz qızı da iştirak etmişdir.
Gənclərimizin olimpiada uğurlarından danışan nazir bu sahədə görülən işlərə də toxunmuş, olimpiadalarda əldə olunan nailiyyətlər sayəsində ölkəmizin top 50-də yer alan dünya ölkələri sırasında olduğunu bildirmişdir.

Search