Previous Next

Eksperimental qrup, STEAM layihə təqdimatı

26.12.2022-ci il tarixində Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix və coğrafiya fakültəsi, Tarix müəllimliyi ixtisası, Eksperimental qrupunun təşkilatçılığı ilə ,,Əziz Şuşa sən azadsan!,, adlı təqdimat keçirilmişdir. Tədbirdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin STEAM mərkəzinin rəhbəri, Fizika fakültəsinin dekanı dos. A.Daşdəmirov, STEAM mərkəzinin əməkdaşı b.m G. Musayeva, Tarix və coğrafiya fakültəsinin dekanı dos. A.Axundov, dekan müavini b.m S. Həsənova iştirak etmişdir. Təqdimatın əvvəlində dos. Arzu Daşdəmirov STEAM fənninin Azərbaycan təhsilindəki vacibliyini vurğulamış, Tarix və coğrafiya fakültəsi ilə əməkdaşlığın tələbələrin STEAM bacarıqlarının formalaşdırılması üçün əhəmiyyətini qeyd etmişdir. Təqdimatın gedişində l və ll Qarabağ müharibələri haqqında məlumat verilmiş, tələbələr tərəfindən hazırlanmış lahiyə təqdim olunmuşdur. Son olaraq fakültə dekanı dos. Asif Axundov Eksperimental qrupun yaradılması, tələbələrin semestr ərzindəki fəaliyyətindən bəhs etmiş, layihə təqdimatını müsbət qiymətləndirmiş, tələbələrə müvəffəqiyyətlər arzulamışdır.

Search