29.10.2024-cü il tarixdə ADPU Tarix və coğrafiya fakültəsində Fəlsəfə və sosial elmlər kafedrasının Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Məhəmməd Füzulinin fəlsəfi görüşləri” mövzusunda müəllim və tələbələrin iştirakı ilə elmi seminarı keçirilmişdir.
Seminarı giriş sözü ilə açan kafedranın müdiri, prof. Rafail Əhmədli M. Füzulinin Azərbaycan fəlsəfi fikir tarixində rolu haqqında danışaraq sözü məruzəçilərə AMEA Fəlsəfə və sosiologiya instutunun əməkdaşı dos. Zeynəddin Şabanova və AMEA Ədəbiyyat İnstitunun əməkdaşı, Füzulişünas, dos. Zəkulla Bayramlıya vermişdir. Məruzəçilər M.Füzulinin fəlsəfi görüşlərindən, irfan dünyasından və ictimai-siyasi düşüncələrindən ətraflı məlumat vermişlər.
Sonra Azərbaycan İlahiyyat İnstitunun kafedra müdiri dos. Anar Qafarov, Azərbaycan Dillər Universitetinin əməkdaşı b/m Günel Qarayeva, ADPU-nun əməkdaşları dos. Paşa Quluzadə, İdris Heydərli M.Füzuli yaradıcılığının müxtəlif sahələrinə aid çıxışlar etmişdir.