Previous Next

Sentyabrın 16-da Tarix və Coğrfiya fakültəsində yeni tədris ilinin başlanması münasibətilə oriyentasiya görüşləri keçirilmişdir

Sentyabrın 16-da ADPU-nin Tarix və Coğrfiya fakültəsində yeni tədris ilinin başlanması münasibətilə Tarix müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Coğrafiya müəllimliyi və Sosial iş ixtisaslarının I tədris ili tələbələri üçün oriyentasiya görüşləri keçirilmişdir. Tələbələrlə görüşdə Tarix və coğrafiya fakültəsinin dekanı dosent Asif Axundov, dekan müavini Elvira Kərimova, moderator Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının müəllimi Mehmanə Sadiq, kafedra müdirləri, müəllim heyəti və tyutorlar iştirak etmişlər. Oriyentasiya görüşü zamanı dekan dosent A. Axundov çıxış edərək I kurs tələbələrini təbrik etmiş, universitetin tanınmış məzunları haqqında məlumat vermişdir. Fakültənin dekanı dos. A. Axundov fakültənin tarixi, fakültənin strukturu, kitabxana haqqında məlumat verərək tələbələri kafedra müdirləri ilə tanış etmişdir.

Daha sonra kafedra müdirləri prof. Rafail Əhmədli, prof. Sevinc Əliyeva, prof. İramin İsayev, c.e.d. Məhəmməd Abduyev, dos. Naibə Əhmədova çıxış etmişlər. Dekan müavini Elvira Kərimova imtahan və qiymətləndirmə sistemi, təqaüdlər, davamiyyət və digər zəruri məsələlər haqqında danışmışdır.

Search