Previous Next

"Gələcəyin ən yaxşı müəllimi" layihəsinin final mərhələsi baş tutmuşdur

14.05.24 tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix və Coğrafiya fakültəsi, Tərəqqi dərnəyinin təşkilatçılığı ilə "Gələcəyin ən yaxşı müəllimi" layihəsinin final mərhələsi baş tutmuşdur. Münsiflər heyəti olaraq Ümumi Pedaqogika kafedrasının dosenti p.ü.f.d. Heydər Cəfərov, Ümumi tarix və TTT kafedrasının baş müəllimi t.ü.f.d. Mehman Ağayev və müəllimləri dos. Sadık Çetin, Turanə İsmayılova, Azərbaycan coğrafiyası və CTT kafedrasının müəllimi Pakizə Orucova iştirak etmişdirlər. Layihədə final mərhələsinə vəsiqə qazanan Ağayeva Şəhla, Əsgərova Güllü, Samir Hüssöyünov və Elgün Əzizov öz mövzuları üzrə təqdimatlarını nümayiş etdirmişdirlər. Layihədə ilk olaraq müəllim Heydər Cəfərov iştirakçılara psixoloji testlər edərək, onların pedaqoji-psixoloji hazırlıqlarını yoxlamışdır. Samir Hüssöyünov münsiflər heyətindən ən yüksək balı toplayaraq "Gələcəyin ən yaxşı müəllimi" diplomu ilə təltif olunmuşdur.

Search